1. Oyuna başlamaq üçün Oyun Yaradın və yaxud yaradılmış oyunlardan birinə daxil olun.
2. Yaradılmış oyunun oyunçu sayına uyğun oyunçular qoşulduqda oyun başlayır.
3. Oyunçulardan birinin xalı 101 olarsa oyunu tam şəkildə qalib olaraq bitirir.
⚠️ Virtual Əyləncə və Şərtlər:
• Bu platforma tamamilə əyləncə məqsədlidir və heç bir halda real pul mükafatı və ya maddi mənfəət vəd etmir.
• Oyunda istifadə olunan "Point"lər (xallar) yalnız oyun daxili reytinqi müəyyən etmək üçündür, onların nağdlaşdırılması və ya real pula dəyişdirilməsi qətiyyən mümkün deyil.
• Bu oyun qumar deyil, istifadəçilərin asudə vaxtını səmərəli keçirməsi üçün nəzərdə tutulmuş virtual simulyasiyadır.
Point (Xal) haqqında məlumat
Point daxili rəqabət fondudur - Oyunun marağını artırmaq üçün virtual xal fondu təyin edilir. Bu fonda oyuna qoşulan oyunçuların virtual xalları toplanılır. Məsələn, 50 virtual xal təyin olunubsa və 2 nəfər qoşulubsa, fond 100 xal təşkil edəcəkdir. Qalib oyunçu bu virtual xalları öz profil reytinqinə əlavə edəcəkdir.
4 nəfərlik oyun qrup şəklində keçirilir (A və B qrupları). Qrup oyunlarında qalib gələn tərəf virtual xalları öz aralarında bölürlər.
Qeyd: Virtual balansdan xalların çıxılması yalnız oyun daşları paylandıqdan sonra baş verir. Oyun başladıqdan sonra tərk etmək məsuliyyəti istifadəçinin üzərinə düşür və bu, sistemin ədalətli rəqabət prinsipləri ilə tənzimlənir.Domino Diger Oyunlar |
Sual Cavab Otagi |
Online |
Dehliz